Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər çalan şəxs gözləməyi bacarandır!

0

  •          Vətən müharibəsində Şanlı Qələbəmiz Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qəhrəmanlığı və canı-qanı bahasına qazanılıb. Xüsusən də, Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsinə çevrilib.   Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu!   Noyabrın 8-də Ali Baş Komandanımız İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunan tədbirdə iştirak ediblər.    Dövlət başçımız hərbçilər qarşısında çıxış edərək ilk olaraq hərbçiləri və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi. Daha sonra Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.   Cənab Prezident öz çıxışında qeyd etdi ki, Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq.   Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirdi ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın baş tacıdır. Ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir,canıdır,hər bir azərbaycanlı üçün müqəddəs yerdir.   Cənab Prezident Şuşaya çəkilən “Zəfər yolu”ilə Şuşaya hər dəfə gələrkən hərbçilərimizin qəhrəmanlığının, fədakarlığının böyüklüyünü xatırladığını vurğuladı.   Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. Əlbəttə, o məğlubiyyətin əsas səbəbləri bəlli idi. Həmin vaxtlar antimilli ünsürlər hakimiyyəti zəbt etmiş,Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər.   Cənab Prezident bu ilin 13-14 sentyabr tarixində Ermənistan - Azərbaycan sərhədindəki hadisələrdən, “Fərrux “, "Qisas “əməliyyatından danışdı.   13-14 sentyabr əməliyyatından sonra Azərbaycan - Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Bu gün Ermənistan bilməlidir ki, bu nə deməkdir. Bu həqiqətdir və bu həqiqəti Azərbaycanın igid, qəhrəman oğulları yaradıb.  İki il ərzində işğaldan azad edilmiş yerlərdə böyük quruculuq işləri görülüb və bu işlər çox sürətlə davam edir. Məcburi köçkünlər artıq mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdırlar. Bu böyük zəfər, böyük qalibiyyətdir. Bu zəfər, bu qalibiyyət üçün başda Ali Baş Komandan olmaqla,bütün Azərbaycan xalqı öz gücünü sübut etdi.   Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. Güclü iqtisadiyyat müharibədə qələbənin qazanılması işində önəmli amil idi. Cənab Prezidentin dediyi kimi Azərbaycan dövləti güclü iqtisadiyyata malikdir, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik.   Ölkə başçısının sərəncamı ilə bu ilin “Şuşa ili” kimi dövlət səviyyəsində elan olunması mədəniyyət paytaxtımızın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini bir daha təsdiqləyir.  Bu gün hər bir azərbaycanlı fəxrlə, “biz qalibik”, “Şuşa azaddır “, "Qarabağ Azərbaycandır!” şüarını böyük coşqu ilə səsləndirir.   Zəfərimiz, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir! Sevda Məmmədova,Xocalı Rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    Zəfər çalan şəxs gözləməyi bacarandır!

    Maraqlı gələ bilər
    55
    114